Azərbaycan Misli Premyer Liqasının XXVI turunun son oyununda “Neftçi” və “Turan Tovuz” komandaları üz-üzə gəldi. Sport-Az xəbər verir ki, “Neftçi Arena”da baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
- 88-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Bassala Sambou hesabı açıb.
- 90+5-ci dəqiqədə isə Hayderson Hurtado dəqiq zərbə ilə “Turan Tovuz”a 1 xal qazandırıb.
- 18-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Emmanuel Hakman qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra “Neftçi” 28 xalla 6-cı yerdə qalıb, “Turan Tovuz” isə 43 xalla 4-cü pillədə qərarlaşıb.
Turun digər nəticələri:
- “Qarabağ” – “Araz-Naxçıvan” (3:1)
- “Şamaxı” – “Sabah” (1:0)
- “Zirə” – “Səbail” (1:0)
- “Sumqayıt” – “Kəpəz” (2:0)