Türkiyə futbolunun iki nəhəngi – “Fənərbağça” və “Qalatasaray” arasında baş tutacaq Türkiyə Kubokunun 1/4 final matçının tarixi müəyyənləşib.
Böyük derbi nə vaxt baş tutacaq?
Türkiyə Futbol Federasiyasının verdiyi açıqlamaya görə, Ülker Arenada oynanacaq bu həyəcanverici qarşılaşma 2 aprel tarixində, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Mərhələ bir oyundan ibarət olacaq, cavab qarşılaşması keçirilməyəcək.
Türkiyə Kuboku – 1/4 final oyunları
1 aprel
- 21:30 | “Konya” – “İskenderunspor”
2 aprel
- 18:45 | “Trabzonspor” – “Bodrum”
- 21:45 | “Fənərbağça” – “Qalatasaray”
3 aprel
- 21:30 | “Beşiktaş” – “Göztepe”
Futbolsevərləri böyük derbi həyəcanı gözləyir. Türkiyə futbolunun iki ən güclü komandası yarımfinala çıxmaq üçün bir oyunda mübarizə aparacaq.



