More

    Klaudio Ranyeri mövsümün sonunda məşqçilik karyerasını başa vuracaq

    “Roma” klubunun baş məşqçisi Klaudio Ranyeri cari mövsümün sonunda vəzifəsini tərk edəcəyini bir daha təsdiqləyib.

    73 yaşlı məşqçi əvvəllər “Kalyari”ni A Seriyaya qaytardıqdan sonra futbol məşqçiliyindən ayrılacağını elan etmişdi. Lakin o, çətin dönəmdə “Roma”dan gələn təklifi qəbul edərək komandaya qayıtmışdı. Hazırda “canavarlar” ardıcıl altı oyunda qələbə qazanıb və A Seriya turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. Komanda avrokubok zonasında yer almaq üçün cəmi iki xal geridədir.

    “Bu, mənim üçün doğru qərardır”

    Ranyeri son qərarı ilə bağlı bunları deyib:

    “Təqaüdə çıxmaq qərarım qüvvədədir? Bəli, bəli, bu, düzgün qərardır!”

    “Komandanın belə sürətlə yüksələcəyini gözləyirdim? Mən həmişə işimə pozitiv yanaşmışam, ona görə də bu nəticə məni çox təəccübləndirmir. Buraya gələndə güclü heyətin olduğunu gördüm, amma onlar özlərinə inamı itirmişdilər. Mən sadəcə onları bir araya gətirməyə, ruhlandırmağa və bacarıqlarına inandırmağa çalışdım. Onlar yenidən güclü kollektivə çevrildilər və böyük irəliləyiş əldə etdilər. İndi isə mövsümün ən maraqlı və çətin mərhələsi başlayır.”

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni