More

    Maqomed Muradlı Avropa çempionatında ilk beşliyə yüksəldi

    Azərbaycan şahmatçısı Maqomed Muradlı Rumıniyada keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir və ilk beşliyə daxil olub. Beşinci turda o, Çexiya şahmatının tanınmış qrossmeysteri David Navaranı ağ fiqurlarla məğlub edərək aktivinə 4,5 xal əlavə edib. Hazırda Muradlı turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

    Turnirin bu mərhələsində digər azərbaycanlı şahmatçılar da mübarizələrini davam etdiriblər. Aydın Süleymanlı, Nicat Abbasov, Misrətdin İsgəndərov və Əhməd Əhmədzadə beşinci turda heç-heçə ediblər. Onların hər birinin 3,5 xalı var və hazırda aşağıdakı sıralarda qərarlaşıblar:

    • Misrətdin İsgəndərov – 32-ci yer
    • Əhməd Əhmədzadə – 51-ci yer
    • Aydın Süleymanlı – 49-cu yer
    • Nicat Abbasov – 54-cü yer

    Bundan əlavə, Xəqan Əhməd də 3,5 xal toplayaraq 79-cu pillədə yer alıb. Turnirdə şahmatçılar daha yüksək mövqelərə yüksəlmək üçün mübarizəni davam etdirirlər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni