“Mançester Yunayted” Rafinya üçün 70 milyon və ulduz futbolçu təklif edir

“Mançester Yunayted” İspaniyanın “Barselona” klubunun braziliyalı vingeri Rafinyanı heyətinə qatmaq üçün ciddi addımlar atır. İspaniyanın El Gol Digital nəşrinin məlumatına görə, Premyer Liqa klubu Rafinhanın transferi üçün 70 milyon avro və əlavə olaraq ulduz futbolçusu Markus Reşfordu təklif edib.

İngilis futbolçu hal-hazırda “Aston Villa”da icarə əsasında çıxış edir və “Mançester Yunayted” onun keçidini “Barselona” ilə müzakirə olunan müqaviləyə daxil etməyi planlaşdırır.

Cari mövsümdə Rafinhanın statistikası:

  • 42 matç
  • 27 qol
  • 21 assist

Buna qarşılıq Markus Reşfordun göstəriciləri:

  • 33 matç
  • 7 qol
  • 7 assist

Braziliyalı futbolçunun son çıxışları ona böyük diqqət qazandırıb. Goal.com-un yenilənmiş “Qızıl top” reytinqində Rafinhanın hazırda birinci pillədə olduğu bildirilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni