“Səbail” və Azərbaycan milli komandasının futbolçusu Amin Seyidov cərrahi əməliyyat keçirib. Bu barədə məlumatı Bakı klubunun mətbuat xidməti Sport-Az saytına açıqlayıb.
Futbolçunun sağ ayağının adduktor əzələsindəki yırtıq səbəbindən İstanbulda yerləşən klinikaların birində əməliyyat olunduğu bildirilib. Həkimlərin sözlərinə görə, əməliyyat uğurla həyata keçirilib. Qeyd edək ki, 26 yaşlı müdafiəçi üçün mövsüm vaxtından əvvəl başa çatıb. Reabilitasiya müddətinin nə qədər davam edəcəyi hələlik dəqiqləşməyib.



