Braziliyanın “Santos” futbol klubu hazırda zədəli olan ulduz oyunçusu Neymarın sağlamlıq durumu və meydançaya qayıdış planları barədə açıqlama yayıb.
Sport-az xəbər verir ki, Neymar qarşıdakı “Vasko da Qama” ilə oyunu dəqiq buraxacaq. Klub rəhbərliyi isə futbolçunun bərpa prosesini mümkün qədər sürətləndirmək niyyətindədir. “Santos” uzun müddətli oyun fasilələrinin Neymarın son zədələrinin əsas səbəbi olduğunu hesab edir və bu kimi halların təkrarlanmaması üçün futbolçunu tez bir zamanda məşq prosesinə qaytarmaq istəyir.
Komandanın baş məşqçisi Pedro Kaysinya bildirib: “Hazırda onu ilk növbədə məşq hazırlıq dövrünə uyğunlaşdırırıq. Daha sonra isə həm məşqlərə, həm də oyunlara inteqrasiyası üçün addımlar atılacaq. Bu, səbir və zaman tələb edən bir prosesdir.”