Dani Alveş barəsindəki ittihamlar sübut olunmadı

İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin keçmiş ulduz futbolçusu Dani Alveş Kataloniya məhkəməsi tərəfindən cinsi zorakılıq ittihamlarından bəraət aldı.

Sport-az xəbər verir ki, məlumatı “Marca” nəşri yayıb. Xatırladaq ki, 2024-cü ilin fevralında Alveş, 2023-cü ilin dekabrında Barselonadakı gecə klubunda qadını zorladığı iddiası ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Lakin məhkəmə kollegiyası şikayətçi qadının ifadələrinin Alveşin günahkar sayılması üçün yetərli olmadığını bildirərək, onu günahsız hesab edib və azadlığa buraxılması qərarını verib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni