Azərbaycanlı qrossmeyster Azər Mirzəyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən “SixDays Budapest March 2025” turnirində birinci yeri tutub. Yarışın “V” kateqoriyalı qrossmeyster qrupunda çıxış edən şahmatçımız son turda Hindistan təmsilçisi Çakraborti Mayankla heç-heçə oynayıb və ümumilikdə 6,5 xal toplayaraq zirvəyə yüksəlib.
Eyni xalı toplamış digər hindistanlı şahmatçı S. Krişnanı əlavə göstəricilərdə qabaqlayan Mirzəyev, beləliklə, turnirin qalibi elan olunub. Qeyd edək ki, bu dairəvi sistemlə keçirilən yarışda ümumilikdə 10 iştirakçı mübarizə aparıb.