More

    Erling Holandın zədəsi ağır ola bilər: meydanı xərəkdə tərk etdi

    İngiltərə Kubokunun 1/4 final mərhələsində “Mançester Siti” ilə “Bornmut” arasında baş tutan oyunda Erling Holand ciddi zədə alaraq görüşü yarımçıq tərk edib. Norveçli forvard ikinci hissənin əvvəlində sol ayağından zədələnib və 61-ci dəqiqədə Omər Marmuşla əvəzlənib.

    Marmuş sonradan oyunun taleyini müəyyən edən qola imza atsa da, Holandın vəziyyəti azarkeşlər və klub üçün narahatlıq doğurub. Futbolçunun topuğunda problem olduğu təsdiqlənib. Oyun zamanı göstərilən tibbi yardıma baxmayaraq, Holand oyunu davam etdirə bilməyib.

    Matçdan sonra sosial şəbəkələrdə yayılan görüntülərdə hücumçunun stadionu qoltuq ağacları ilə tərk etdiyi və ayağının xüsusi şinlə sabitlənmiş olduğu görünür. Həkimlər hələlik zədənin dəqiq xarakterini və bərpa müddətini açıqlamayıblar.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni