“Barselona” minimal hesabla “Atletiko”nu məğlub edərək finala yüksəldi

2 aprel tarixində İspaniya Kuboku 2024/25 mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşması baş tutdu. “Atletiko Madrid” doğma meydanda “Barselona”nı qəbul etdi. Matçın yeganə qolunu Ferran Torres vurdu və bu nəticə katalonlara finala vəsiqə qazandırdı.

Birinci oyunda tərəflər 4:4 hesablı məhsuldar heç-heçə ilə ayrılmışdılar. İki oyunun nəticəsinə əsasən “Barselona” 5:4 hesablı ümumi nəticə ilə İspaniya Kubokunun finalına yüksəldi, burada onların rəqibi əzəli rəqib “Real Madrid” olacaq. Qeyd edək ki, bu katalonların son 4 ildə ilk kubok finalıdır.

Oyunun əsas məqamları

  • Yeganə qol: Ferran Torres, 27-ci dəqiqə
  • Əsas xəbərdarlıqlar (sarı vərəqələr):
    • “Atletiko”: Aspilikueta (6), De Paul (13), Mandava (31), Alvarez (45+3), Molina (59)
    • “Barselona”: De Yong (35), Balde (68), Martin (90+3)

Start heyətləri

Atletiko Madrid:
Musso – Mandava (Serlot, 46), Le Normand (Molina, 58), Ximenes, Aspilikueta (Galan, 46), Llorente – De Paul, Barrios, Simeone (Lengle, 46) – Griezmann (Riquelme, 81), Alvarez

Barselona:
Szczesny – Balde, Martinez, Cubarsi (Eric Garcia, 58), Kounde – Pedri, F. Lopez (Araujo, 58), De Jong – Raphinha, Yamal (Martin, 86), Ferran Torres (Lewandowski, 74)

Hakim: Xuan Martinez Munuera (Benidorm, İspaniya)
Stadion: Riyad Eir Metropolitano, Madrid

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni