More

    Azərbaycan çempionatında tarixi nəticə: 18:0 hesablı qələbə!

    Azərbaycan Regional Liqasının V turu çərçivəsində keçirilən “Şirvan OİK” – “Ergüneş” (Füzuli) oyunu çempionat tarixində nadir rast gəlinən hesabla yadda qalıb.

    Sport-az xəbər verir ki, D qrupunun bu qarşılaşmasında Şirvan təmsilçisi rəqib qapısından tam 18 cavabsız qol keçirib. Oyun boyunca meydan sahibləri adeta qollar yağdırıb – hər 5 dəqiqədən bir qol vurulub.

    Görüşdə xüsusilə fərqlənən futbolçu isə Cavid Nəcəfzadə olub – hücumçu 13 dəfə fərqlənərək şəxsi və komanda rekorduna imza atıb. Bu hesab cari mövsümdə qeydə alınan ən böyük qələbədir və Region Liqasında yeni rekord kimi tarixə düşüb.

    Hazırda “Şirvan OİK” 4 oyundan sonra 9 xalla qrupda 2-ci pillədə qərarlaşıb. Füzuli təmsilçisi “Ergüneş” isə cəmi 3 xalla 6-cı yerdədir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni