More

    “Mançester Yunayted” azarkeşi Cek Qrilişə hücum etdi

    İngiltərə Premyer Liqasının 31-ci turunda keçirilən “Mançester Yunayted” – “Mançester Siti” derbisi qolsuz bərabərliklə başa çatdı. Görüşün nəticəsi sakit olsa da, oyundan sonra baş verən insident gündəmə damğasını vurdu.

    Daily Mail-in məlumatına görə, final fitindən dərhal sonra “Siti”nin və İngiltərə yığmasının yarımmüdafiəçisi Cek Qrilişə “Yunayted”in fanatı tərəfindən fiziki hücum olub. Futbolçu meydanı tərk edərkən azarkeşlərdən biri onu yanına çağırıb və aralarında sözlü qarşıdurma yaşanıb. Mübahisə zamanı fanat Qrilişə sillə vurub.

    İnsidentdən öncə “Mançester Yunayted” azarkeşləri digər “Siti” futbolçusu Fil Foden və onun anasını təhqir edən şüarlar səsləndiriblər. Hücumu törədən şəxsin 20 yaşında olduğu və yaxın günlərdə Mançester məhkəməsi qarşısına çıxacağı bildirilib.

    Hazırda “Mançester Siti” turnir cədvəlində 52 xalla 5-ci yerdə qərarlaşıb. “Mançester Yunayted” isə 38 xalla 13-cü sıradadır. Növbəti turda “Siti” “Kristal Pelas”la qarşılaşacaq, “Yunayted”in rəqibi isə “Nyukasl” olacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni