Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında həyəcan dolu 1/4 final mərhələsi 8, 9, 15 və 16 aprel tarixlərində baş tutacaq. Turnirdə mübarizəni davam etdirən səkkiz elit klub artıq yarımfinala vəsiqə uğrunda qarşılaşmağa hazırdır.
Yarışın bu mərhələsində iştirak edən komandalar:
- Barselona (İspaniya)
- Bavariya (Almaniya)
- İnter (İtaliya)
- PSJ (Fransa)
- Borussiya Dortmund (Almaniya)
- Aston Villa (İngiltərə)
- Real Madrid (İspaniya)
- Arsenal (İngiltərə)
İki oyunun yekununa əsasən qalib gələn komandalar yarımfinala yüksələcək. Turnirin püşkatma nəticəsində komandaların yol xəritəsi artıq müəyyən olunub.
1/4 final – İlk oyunlar
8 aprel, çərşənbə axşamı
- 23:00 – Arsenal vs Real Madrid
- 23:00 – Bavariya vs İnter
9 aprel, çərşənbə
- 23:00 – Barselona vs Borussiya Dortmund
- 23:00 – PSJ vs Aston Villa
1/4 final – Cavab oyunları
15 aprel, çərşənbə axşamı
- 23:00 – Aston Villa vs PSJ
- 23:00 – Borussiya Dortmund vs Barselona
16 aprel, çərşənbə
- 23:00 – İnter vs Bavariya
- 23:00 – Real Madrid vs Arsenal
Yarımfinal cütlükləri:
- PSJ / Aston Villa – Arsenal / Real Madrid
- Bavariya / İnter – Barselona / Borussiya Dortmund
Yarımfinal qarşılaşmaları 29 və 30 aprel, həmçinin 6 və 7 may tarixlərində keçiriləcək. Böyük final isə 31 may tarixində Münhendə, “Allianz Arena”da baş tutacaq. Qitənin ən güclü klubu bu oyunda bəlli olacaq.