UEFA Millətlər Liqası: Azərbaycan qadın futbolçuları Monteneqroya qarşı son dəqiqələrdə qələbəni əldən verdi

Azərbaycanın qadınlardan ibarət milli futbol komandası UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə səfər oyununda 1:1 hesablı heç-heçə edib. Qarşılaşma Nikşiç şəhər stadionunda baş tutub.

54-cü dəqiqədə Manə Mollayeva komandamıza üstünlük qazandırsa da, 90+2-ci dəqiqədə monteneqrolu Yasna Dokoviç penalti zərbəsi ilə hesabı bərabərləşdirib və meydan sahiblərini məğlubiyyətdən xilas edib.

Xatırladaq ki, bu komandalar arasındakı ilk görüş Bakıda 0:0 hesablı heç-heçə ilə nəticələnmişdi. Həmçinin, millimiz Litva yığması üzərində səfərdə 2:0 hesablı qələbə qazanmışdı.

Hazırkı turnir cədvəli:

  • Azərbaycan – 5 xal
  • IV qrup, C liqası – 2-ci yer

Baş məşqçi Siyasət Əsgərovun yetirmələri qrup mərhələsinin son oyununu 30 may tarixində Litvaya qarşı evdə keçirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni