Azərbaycan II Liqasının XX turunun ilk oyun günündə I Liqaya vəsiqə qazanan iki komanda müəyyənləşib. Bu uğura “Şahdağ Qusar” və “Şəfa” komandaları imza atıb.
Qusar təmsilçisi öz meydanında “Hipers Quba”nı 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 58-ə çatdırdı. Bu nəticə ilə “Şahdağ Qusar” ilk üçlükdəki yerini təmin etdi və I Liqaya birbaşa yüksəldi. Dördüncü pillədə qərarlaşan “Quba” ilə xal fərqi artıq 22-yə çatıb.
Bu tur həm də “Şəfa” üçün uğurlu oldu. Bakı təmsilçisi “Şəki Siti” üzərində 6:0 hesablı qələbə qazanaraq xallarını 55-ə yüksəltdi. “Hipers Quba”nın xal itkisi “Şəfa”nın işinə yaradı və bu nəticə ilə onlar da ilk üçlükdə yer alaraq I Liqaya vəsiqə qazandı.
Xatırladaq ki:
- II Liqada ilk üç yerin sahibləri birbaşa I Liqaya vəsiqə qazanır;
- Dördüncü yerdəki komanda isə pley-off mərhələsində oynamaq imkanı əldə edir.