Dünyanın aparıcı futbol komandalarının reytinq cədvəlində mart ayının qalibi məlum olub. Hesabat dövründə ən çox xal toplayan klub İspaniyanın “Barselona” komandasıdır.
Kataloniya təmsilçisi ötən ay 64 xal toplayaraq ayın komandası seçilib. Maraqlıdır ki, İngiltərənin “Aston Villa” klubu da eyni miqdarda xal qazansa da, əlavə göstəricilərə əsasən ikinci pillədə qərarlaşıb.
İlk altılıqda yer alan digər komandalar isə belə sıralanır:
- “İnter” (İtaliya) – 61 xal
- “Bavariya” (Almaniya) – 49 xal
- “Lion” (Fransa) və “Ayntraxt” (Almaniya) – hər biri 44 xal
Qeyd edək ki, yanvar ayında bu ada “Arsenal” layiq görülmüşdü, fevralda isə “Real Madrid” komandası ayın ən yaxşısı elan olunmuşdu.