Məşhur GiveMeSport platforması 2025-ci il “Qızıl top” mükafatına əsas namizədlərin yenilənmiş siyahısını təqdim edib. Reytinqin zirvəsində hələ də Madrid “Real”ının hücumçusu Kilian Mbappe qərarlaşıb. Onun ardınca isə bu mövsüm UEFA Çempionlar Liqasının bombardiri olan “Barselona”dan Rafinya ikinci pilləyə yüksəlib.
Üçüncü yeri Mbappenin komanda yoldaşı Vinisius Junior tutur. İngiltərə Premyer Liqasının ən məhsuldar oyunçusu olan “Liverpul”un ulduzu Məhəmməd Salah bu dəfə dördüncü sıradadır.
Beşinci yeri isə “Barselona”nın gənc parlayan ulduzu Lamin Yamal tutur və bu, onun üçün böyük irəliləyişdir. Xatırladaq ki, GiveMeSport daha öncə futbol tarixindəki ən yaxşı hücumçuların reytinqini də paylaşmışdı.
Qızıl Top 2025 üçün əsas favoritlərin ilk beşliyi:
- Kilian Mbappe (Real Madrid)
- Rafinya (Barcelona)
- Vinisius Junior (Real Madrid)
- Məhəmməd Salah (Liverpool)
- Lamin Yamal (Barcelona)
