Van Deyk “Liverpul”da qalır: Yeni müqavilə 2027-yə qədər

Niderlandlı müdafiəçi Vircil van Deyk “Liverpul”la yeni müqavilə imzalamağa hazırlaşır. Klub rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində tərəflər razılığa gəliblər və sənədlər artıq hüquqşünaslar tərəfindən təsdiqlənib.

Yeni müqavilə 2027-ci ilin iyun ayına qədər qüvvədə olacaq. 33 yaşlı futbolçu əvvəllər dəfələrlə klubda qalmaq istədiyini bildirmişdi. Hətta Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan aldığı sərfəli təklif belə onun qərarını dəyişməyib.

Cari mövsümdə van Deyk bütün turnirlər üzrə 53 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Hazırda “Liverpul” Premyer Liqada lider mövqedədir və “Arsenal”ı 11 xal qabaqlayır. Komanda növbəti matçını 13 aprel tarixində “Vest Hem”ə qarşı keçirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni