Mbappe “Alaves” oyunçusuna qarşı sərt fola görə üzr istədi

Madrid “Real”ının hücumçusu Kilian Mbappe, La Liqanın 31-ci turunda “Alaves”lə keçirilən qarşılaşmada kobud fola görə birbaşa qırmızı vərəqə alıb. Sport-azın məlumatına görə, hadisə matçın 38-ci dəqiqəsində baş verib.

Fransalı ulduz futbolçu rəqib oyunçu Antonio Blankonu düz ayaqla baldır nahiyəsindən vurduqdan sonra VAR-ın müdaxiləsi ilə meydandan kənarlaşdırılıb. Lakin insidentdən sonra Mbappe rəqibindən üzr istəyib.

Blanko: “Mbappe üzr istədi və bu, əsas məsələdir”

“Zərbə kifayət qədər güclü idi, amma futbolda belə hallar olur. Mbappe yanımıza gəldi, üzr istədi. Əsas olan budur. Biz ona qarşı kin saxlamırıq”, – deyə Antonio Blanko İspaniyanın AS nəşrinə açıqlamasında bildirib.

Qeyd edək ki, Blanko 2023-cü ildə “Real Madrid”dən “Alaves” klubuna 4 milyon avroya transfer olunub. 31 turdan sonra “Alaves” turnir cədvəlində 30 xalla 17-ci sırada yer alır və düşmə zonasını cəmi bir xal qabaqlayır. “Real” isə 4 xal geridə qalaraq “Barselona”nın ardınca ikinci yerdə qərarlaşıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni