More

    2025-ci il “Qızıl top” favoritləri: Rəfinyadan zirvə, Mbappe geriləyir

    Məşhur futbol nəşri Goal 2025-ci ildə təqdim olunacaq “Qızıl top” (Ballon d’Or) mükafatının əsas namizədləri üzrə yenilənmiş reytinqini dərc edib. Son siyahı 18 martdan bəri ilk dəfə yenilənib və bir sıra gözlənilməz dəyişikliklərə səbəb olub.

    Hazırda reytinqin lideri “Barselona” klubunun braziliyalı ulduzu Rafinya Dias olaraq qalır. Rafinya bu mövsüm Çempionlar Liqasının bombardirlər siyahısına başçılıq edir və mövsüm ərzində yüksək formada çıxış edir. İkinci pilləyə isə gözlənilmədən “PSJ”-nin fransalı cinah oyunçusu Usman Dembele yüksəlib. İlk üçlüyü Barselonanın gənc istedadı Lamin Yamal tamamlayır.

    Digər diqqətçəkən məqamlar:

    Robert Levandovski (Barselona) 4-cü yerdədir. Məhəmməd Salah (Liverpul), hazırda Premyer Liqanın ən məhsuldar futbolçusu olsa da, yalnız 5-ci pillədədir. Əvvəlki reytinqdə 2-ci olan Kilian Mbappe (“Real”) indi 7-ci yerə geriləyib. Vinisius Junior isə ümumiyyətlə ilk onluqdan düşərək yalnız 11-ci sırada yer alır.

    Goal nəşrinin təqdim etdiyi TOP-20 “Qızıl top” namizədi:

    1. Rafinya Dias (Barselona)
    2. Usman Dembele (PSJ)
    3. Lamin Yamal (Barselona)
    4. Robert Levandovski (Barselona)
    5. Məhəmməd Salah (Liverpul)
    6. Pedri (Barselona)
    7. Kilian Mbappe (Real Madrid)
    8. Harri Keyn (Bavariya)
    9. Lautaro Martines (İnter)
    10. Cud Bellinqem (Real Madrid)
    11. Vinisius Junior (Real Madrid)
    12. Vitinya (PSJ)
    13. Maykl Olise (Bavariya)
    14. Deklan Rays (Arsenal)
    15. Hulian Alvares (Atletiko Madrid)
    16. Aleksandr Isak (Nyukasl)
    17. Cemal Musiala (Bavariya)
    18. Dezire Due (PSJ)
    19. Viktor Dökereş (Sportinq)
    20. Vircil van Deyk (Liverpul)

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni