More

    PSJ səfərdə məğlub olsa da, Çempionlar Liqasının yarımfinalına yüksəldi

    2024/25 mövsümü UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Paris Sen-Jermen səfərdə Aston Villaya 2:3 hesabı ilə uduzsa da, ümumi nəticədə növbəti mərhələyə vəsiqə qazandı.

    Görüşün ilk hissəsində Paris təmsilçisi təşəbbüsü ələ alaraq hesabı açdı. 11-ci dəqiqədə Əşrəf Hakimi, 28-ci dəqiqədə isə Nunu Mendeş fərqlənərək qonaqları irəli çıxardı. Lakin İngiltərə klubu geri çəkilmədi və 34-cü dəqiqədə Yuri Tilemans, ikinci hissədə isə Con MakGinn (55′) və Ezri Konsa (57′) ardıcıl qollarla geridönüş etdilər.

    Bununla belə, “Aston Villa”ya əlavə vaxta keçmək üçün daha bir qola ehtiyac var idi, lakin bu məqsədə çata bilmədilər. İlk oyunda Parisdə PSJ 3:1 hesabı ilə qalib gəlmişdi və ümumi hesabda 5:4 üstün olaraq yarımfinala vəsiqə qazandı.

    Yarımfinalda Luis Enrikenin komandası “Real” – “Arsenal” cütünün qalibi ilə qarşılaşacaq. Həmin cütün ilk oyunu “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə nəticələnmişdi.

    Növbəti oyunlarda 19 aprel tarixində PSJ Liqa 1-in çempionu kimi “Havr”ı qəbul edəcək, “Aston Villa” isə Premyer Liqada “Nyukasl”la qarşılaşacaq.

    Çempionlar Liqası. 1/4 final, cavab oyunu
    Aston Villa — PSJ — 3:2 (ilk oyun — 1:3)
    Qollar: Tilemans, 34; MakGinn, 55; Konsa, 57 — Hakimi, 11; Mendeş, 28

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni