Bu gün, 16 aprel tarixində UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin son oyunları keçiriləcək və turnirin bütün yarımfinalçıları müəyyənləşəcək.
İtaliyanın “İnter” klubu evdə Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşacaq. İlk matçda “İnter” 2:1 hesabı ilə qalib gəlmişdi və üstünlüyünü qorumağa çalışacaq. Digər qarşılaşmada isə Madridin “Real” klubu doğma meydanda “Arsenal”la üz-üzə gələcək. “Arsenal” ilk oyunda 3:0 hesabı ilə qalib gəlib və yarımfinala bir addım daha yaxındır.
Bu görüşlərin qalibləri müvafiq olaraq yarımfinalda “Barselona” və “PSJ” ilə qarşılaşacaq. Qeyd edək ki, “Barselona” cavab görüşündə məğlub olsa da, ilk oyundakı üstünlüyü sayəsində mərhələ adlayıb. Eyni hal “PSJ” üçün də keçərlidir.
Bu günün oyunları (16 aprel, Bakı vaxtı ilə 23:00):
- İnter – Bavariya (ilk oyun: 2:1)
- Real Madrid – Arsenal (ilk oyun: 0:3)
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi 29-30 aprel və 6-7 may tarixlərində keçiriləcək. Final oyunu isə 31 mayda Almaniyanın Münhen şəhərində yerləşən “Allianz Arena” stadionunda baş tutacaq.