Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real Madrid” öz meydanında London “Arsenal”ini qəbul etdi. İlk oyunda “kanonirlər”in 3:0 hesablı inamlı qələbəsi sayəsində madridliləri son dərəcə çətin bir vəzifə gözləyirdi.
Matçın əvvəlində “Real” rəqib qapısına təzyiq göstərməyə çalışsa da, qonaqlar geriyə çəkilmədi və hücumlar qurmağa davam etdilər. Bukayo Saka xüsusilə fəal idi və bir neçə dəfə fərqlənməyə yaxın oldu. Oyunun 13-cü dəqiqəsində Asensionun Merinoya qarşı cəriməsi VAR-dan sonra penalti ilə qiymətləndirildi. Lakin Sakanın zərbəsini Courtois dəf etməyi bacardı.
Bir qədər sonra Madrid təmsilçisi penalti qazanmış kimi görünsə də, VAR yoxlaması Mbappe-nin ofsaydda olduğunu aşkara çıxardı və qərar ləğv edildi. “Real”ın hücumları nəticəsiz qalır, “Arsenal” isə soyuqqanlı və nizamlı müdafiə oyunuyla meydanda üstünlük qazanırdı.
İkinci hissədə də mənzərə dəyişmədi. “Arsenal”ın nadir hücumları daha təhlükəli görünürdü və nəticə verməyə başladı. 65-ci dəqiqədə Merinonun ötürməsi ilə Saka fərqləndi və hesabı açdı. Cəmi iki dəqiqə sonra “Real” cavab verdi — Saliabanın səhvindən yararlanan Vinisius fərqləndi.
Madridlilər üçün daha bir pis xəbər Kilyan Mbappe-nin zədələnməsi oldu. Oyunsonrası hücum cəhdləri ümidsiz təsir bağışlayırdı. Ən real imkanlardan biri Endrikə məxsus idi, lakin onun zərbəsi qapıdan yayındı. 90+3-cü dəqiqədə Mikel Artetanın komandasının son nöqtəsini Martinelli qoydu – kontrasücumda Courtois ilə üzbəüz qalıb hesabı 2:1 etdi.
Beləliklə, ümumi hesabda 5:1 üstün olan “Arsenal” yarımfinala yüksəldi və burada Paris “Sen-Jermen”i ilə qarşılaşacaq.
Oyun haqqında qısa məlumat:
Çempionlar Liqası – 1/4 final, cavab oyunu
Real Madrid – Arsenal – 1:2 (ilk oyun – 0:3)
Qollar: Vinisius (67) – Saka (65), Martinelli (90+3)
Real Madrid: Courtois, L.Vazquez (Endrik, 61), Asensio (Modriç, 73), Rüdiger, Alaba (F. Qarsiya, 61), Valverde, Çuameni, Bellingham, Rodriqo (Sebaços, 61), Mbappe (Brahim Diaz, 75), Vinisius.
Arsenal: Raya, Timber (White, 90+5), Saliba, Kiwior, Lewis-Skelly, Partey, Rice (Zinçenko, 90+5), Ødegaard, Saka (Trossard, 77), Merino, Martinelli (Tierney, 90+5)
Hakim: Fransua Letexye (Fransa)
Stadion: Santiago Bernabeu, Madrid



