Aprelin 16-da UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında Madrid “Real”ı ilə London “Arsenal”ı üz-üzə gəldi. “Topçular” səfərdə 2:1 hesablı qələbə qazandılar və iki oyunun nəticəsinə görə (ümumi hesab: 5:1) yarımfinala adladılar.
Görüşdən sonra hər iki komandanın baş məşqçiləri – Karlo Ançelotti və Mikel Arteta – matçla bağlı fikirlərini bölüşüblər.
Mikel Arteta oyun sonrası verdiyi açıqlamada hücumçusu Bukayo Sakaya xüsusi təşəkkür edib. O, penaltini dəqiq yerinə yetirə bilməsə də, oyunun sonuna qədər əzmlə mübarizə apardı və vacib rol oynadı. Arteta bildirib:
“Saka böyük xarakter nümayiş etdirdi. Penaltini qaçırsa da, ruhdan düşmədi və komandaya fayda verdi.”
Karlo Ançelotti isə komandasının məğlubiyyətini qəbul etdiyini deyib və diqqəti digər turnirlərə yönəltməyin vacibliyini vurğulayıb:
“Bu nəticəni qəbul edirik. İndi əsas məqsədimiz La Liqa, İspaniya Kuboku və Klub Dünya Çempionatına fokuslanmaqdır.”
“Arsenal” yarımfinal mərhələsində Fransa təmsilçisi PSJ ilə qarşılaşacaq.