More

    Mbappenin El-Klasikonu buraxmaq təhlükəsi var

    Madrid “Real”ının fransalı hücumçusu Kilian Mbappe ciddi zədə səbəbindən komandası üçün ən vacib oyunları buraxa bilər. Bu barədə “RealMadridExclusivo” məlumat yayıb.

    Mənbənin yazdığına görə, Çempionlar Liqasının “Arsenal”a qarşı cavab oyununda aldığı zədənin nəticəsi olaraq, Mbappenin İspaniya Kubokunun finalı (26 aprel) və “Barselona” ilə keçiriləcək La Liqa oyunu (1 may) daxil olmaqla iki kritik görüşü qaçırmaq ehtimalı yüksəkdir.

    Həkimlərin ilkin ehtimalına görə, ulduz futbolçuda bağların dartılması müşahidə olunur. Belə bir zədədən sonra bərpa müddəti adətən 2 ilə 4 həftə arasında dəyişir. Klub rəhbərliyi futbolçunun tam sağalmadan meydanda olmasını riskli sayır və onu yalnız 100% hazır olacağı təqdirdə oynadacaq.

    Qeyd edək ki, cari mövsümdə Mbappe “Real” forması ilə 32 oyuna çıxaraq 32 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni