“Liverpul” klubu müdafiə xəttinin əsas dayağı Vircil van Deyklə yeni müqavilə imzaladığını rəsmən açıqlayıb. 33 yaşlı kapitanın yeni sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
Hollandiya millisinin və “Liverpul”un kapitanı olan Van Deyk klubun mətbuat xidmətinə verdiyi açıqlamada emosiyalarını gizlətməyib:
“Çox sevincliyəm, qürur hissi keçirirəm. Bunu deyərkən içimdə qarışıq emosiyalar var. Bu, həm sevinc, həm qürurdur. Karyeram boyunca gəldiyim nöqtəyə çatmaq və bu klubda daha iki il qalmaq imkanı – sadəcə möhtəşəmdir. Özümü çox xoşbəxt hiss edirəm”.
Qeyd edək ki, tərəflər arasında danışıqlar uzun müddət davam edib və mövsüm boyu davam edən müzakirələrin ardından razılıq əldə olunub.
Vircil van Deyk “Liverpul”a 2018-ci ildə transfer olunub. 2018/19 mövsümündə o, İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib. O, klubla birlikdə Premyer Liqa, İngiltərə Kuboku, İngiltərə Superkuboku və İki Liqa Kuboku titullarını, həmçinin UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatını qazanıb.



