Avroliqada 1/4 final başa çatdı: Mançester Yunayteddən möhtəşəm dönüş

UEFA Avropa Liqasının 2024/25 mövsümündə 1/4 final mərhələsinin cavab oyunları 17 aprel tarixində keçirildi və yarımfinala yüksələn komandalar bəlli oldu.

Günün əsas məqamları:

  • Mançester Yunayted – “Lyon”u əlavə vaxtda məğlub etdi (5:4 ET) və yarımfinala adladı.
  • Tottenhem – “Ayntraxt”ı səfərdə minimal hesabla keçdi (1:0, ümumi – 2:1).
  • Atletik Bilbao – “Reyncers”ə evdə 2:0 hesabı ilə qalib gəldi.
  • Latsio – dramatik geri dönüşə baxmayaraq, penaltilər seriyasında “Bude-Qlimt”ə uduzdu.

Yarımfinal cütlükləri (1 və 8 may):

  • Tottenhem (İngiltərə) – Bude-Qlimt (Norveç)
  • Atletik Bilbao (İspaniya) – Mançester Yunayted (İngiltərə)

📅 Final oyunu 21 may tarixində İspaniyanın Bilbao şəhərində yerləşən “San-Mames” stadionunda keçiriləcək.

Oyunların nəticələri:

🕙 22:00 | Ayntraxt (Almaniya)Tottenhem (İngiltərə) – 0:1
Qol: Solanke, 43 (pen)
Ümumi hesab: 1:2

🕙 22:00 | Atletik Bilbao (İspaniya)Reyncers (Şotlandiya) – 2:0
Qollar: Sanset, 45+4 (pen), Niko Uilyams, 80
Ümumi hesab: 2:0

🕙 22:00 | Latsio (İtaliya)Bude-Qlimt (Norveç) – 3:1 (pen. 2:3)
Qollar: Kastellanos, 21, Noslin, 90+3, Dia, 100 – Helmersen, 109
Ümumi hesab: 3:3 (pen. 2:3)

🕙 22:00 | Mançester Yunayted (İngiltərə)Lyon (Fransa) – 5:4 ET
Qollar: Uqarte, 10, Dalot, 45+1, Bruno Fernandeş, 114 (pen), Meynu, 120, Maquayr, 120+1 – Tolisso, 71, Talyafiko, 78, Şerki, 105, Lakasett, 108 (pen)
Ümumi hesab: 7:6

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni