More

    Mbappe “Barselona” ilə Kubok finalında oynayacaqmı?

    Madriddə çıxış edən “Real” klubunun hücumçusu Kilyan Mbappe, 2024/25 mövsümünün İspaniya Kuboku finalında “Barselona”ya qarşı meydana çıxmağa hazır olacaq. Oyun 26 aprel tarixində Sevilyada keçiriləcək.

    İspaniyanın Tiempo de Juego nəşrinin yaydığı məlumata görə, fransalı futbolçu sağ topuq bağlarında yüngül dartınmadan sonra bərpa prosesinin son mərhələsindədir. Hətta Mbappenin 23 aprel tarixində “Xetafe” ilə keçiriləcək La Liqa oyununun heyətinə düşmə ehtimalı da yüksəkdir.

    Xatırladaq ki, o, “Atletik”lə 32-ci tur matçını buraxmışdı. Mövsüm ərzində Mbappe 50 matçda 33 qol və 5 assistlə yadda qalıb. Onun “Real”la olan müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

    Transfermarkt portalının məlumatına görə, ulduz futbolçunun bazar dəyəri 170 milyon avro təşkil edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni