Azərbaycan Kubokunun finalçılarının adları bu gün bəlli olacaq

Bu gün Azərbaycan Kuboku üzrə yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək və finala yüksələcək komandalar müəyyənləşəcək.

Günün ilk matçında “Qarabağ” və “Araz-Naxçıvan” üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. İlk oyunda Naxçıvan təmsilçisi minimal hesabla – 1:0 qalib gəlmişdi. Ağdam klubu doğma azarkeşləri önündə geridönüş etməyə çalışacaq.

“Qarabağ” – “Araz-Naxçıvan”

  • Saat: 17:00
  • Stadion: Tofiq Bəhramov adına Respublika Stadionu
  • Hakimlər: Rəvan Qəmzəzadə, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əliyar Ağayev
  • VAR: Kamal Umudlu
  • AVAR: Rauf Cəfərov
  • Hakim-inspektor: Vüsal Əliyev
  • AFFA nümayəndəsi: Elgiz Abbasov
  • İlk oyun: 0:1

İkinci qarşılaşmada “Sabah” öz meydanında “Neftçi”ni qəbul edəcək. Bu matç saat 20:00-da Bank Respublika Arenada baş tutacaq. İlk oyunda paytaxt derbisində “ağ-qaralar” evdə 1:2 hesabı ilə məğlub olmuşdu və indi final ümidlərini qorumaq üçün səfərdə qələbəyə ehtiyac duyur.

“Sabah” – “Neftçi”

  • Saat: 20:00
  • Stadion: Bank Respublika Arena
  • Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
  • VAR: Nicat İsmayıllı
  • AVAR: Tural Qurbanov
  • Hakim-inspektor: Babək Quliyev
  • AFFA nümayəndəsi: Seymur Səlimli
  • İlk oyun: 2:1

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü 31 may tarixində Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni