İngiltərə Premyer Liqasının (IPL) 34-cü turu çərçivəsində keçirilən qarşılaşmada “Mançester Siti” komandası öz meydanında “Aston Villa”nı qəbul edib. Matç “Etihad” stadionunda baş tutub və dramatik sonluqla bitib — 2:1.
Oyunun startı dinamik keçib. Artıq 7-ci dəqiqədə meydan sahiblərinin portuqaliyalı yarımmüdafiəçisi Bernardu Silva fərqlənərək komandasını önə çıxarıb. Cavab çox gözlənilməyib — 18-ci dəqiqədə “Aston Villa”nın hücumçusu Markus Reşford penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Matçın taleyini isə əlavə olunmuş dəqiqələr həll edib. 90+4-cü dəqiqədə braziliyalı yarımmüdafiəçi Mateus Nuneş qələbə qolunu vuraraq “şəhərlilər”ə vacib 3 xal qazandırıb. Hazırda “Mançester Siti” 34 turdan sonra 61 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Aston Villa” isə 57 xalla 7-ci yerdədir. Premyer Liqanın lideri isə 79 xalla “Liverpul”dur.