“Çempionların döyüşü”: Rapid mərhələsinin qalibləri müəyyənləşdi

Bakıda keçirilən “Çempionların döyüşü” adlı beynəlxalq şahmat turnirinin rapid mərhələsi başa çatıb.

Sport-Az.com-un Azərbaycan Şahmat Federasiyasına istinadla verdiyi xəbərə görə, yarışın kişi iştirakçıları sırasında Azərbaycan çempionu Rauf Məmmədov və FIDE üzrə dünya çempionu Rüstəm Qasımcanov (Özbəkistan) qarşılaşıblar. Rapid partiyalarının nəticəsinə əsasən, Rauf Məmmədov 4:2 hesabı ilə qalib gəlib.

Qadınlar arasında isə Azərbaycan çempionu Günay Məmmədzadə, dünya və Avropa çempionu olan Antoaneta Stefanovaya (Bolqarıstan) qarşı mübarizə aparıb. Günay Məmmədzadə rəqibini 3.5:2.5 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnirin ümumi qalibləri rapid və blits mərhələlərinin yekun nəticələrinə görə müəyyən olunacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni