İngiltərənin aparıcı klublarından biri olan “Mançester Yunayted” İtaliya təmsilçisi “Napoli”yə məxsus olan, hal-hazırda isə icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhenin transferindən imtina edib.
Sport-Az.com xəbər verir ki, bu barədə Türkiyənin SporX nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, klub rəhbərliyi əsas hücumçu kimi başqa bir Viktoru – Viktor Gyökeresi heyətə qatmaq niyyətindədir. İsveçli forvard hal-hazırda Portuqaliyanın “Sportinq” klubunda çıxış edir və bu mövsüm göstərdiyi məhsuldarlıqla Avropa nəhənglərinin diqqətini çəkib.
Bu arada, “Yuventus” Osimhenlə bağlı danışıqlara başlayıb və hücumçu üçün təklif hazırlayır. Qeyd edək ki, “Napoli” 25 yaşlı nigeriyalı futbolçunun transferi üçün 75 milyon avro tələb edir.