“Ağdam klubu “Qarabağ” 2025/2026 mövsümünün Çempionlar Liqasına (ÇL) ikinci təsnifat mərhələsindən başlayacaq. Sport-Az.com-un məlumatına görə, Azərbaycan təmsilçisi bu hüququ “Paris Sen-Jermen”in Çempionlar Liqasının finalına yüksəlməsi ilə əldə edib.
Bunun səbəbi odur ki, hər iki finalist — PSJ və “İnter” artıq milli çempionatları vasitəsilə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Bu isə təsnifat mərhələsinin ən yüksək reytinqli klubu olan Yunanıstanın “Olimpiakos”unun birbaşa qrup mərhələsinə keçməsinə imkan yaradıb.
İkinci təsnifat mərhələsinin iştirakçı sayının azalması birinci mərhələni də təsir edib. İki ən yüksək reytinqli komanda avtomatik olaraq ikinci mərhələyə keçib. Hətta “Qarabağ”ın reytinqi (32.000) “Slovan”ın (33.500) reytinqindən aşağı olsa da, qalan komandalar arasında bu göstərici ilə ikinci yeri tutaraq birinci mərhələdən azad edilib.
Bu, ilk belə hal deyil. Cari mövsümdə “Qarabağ” artıq yeni qaydalardan faydalanaraq ikinci təsnifat mərhələsindən mübarizəyə başlayıb.