Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İslandiyaya qarşı keçirəcəyi səfər oyununun yeri və vaxtı məlum olub. Oyun sentyabrın 5-də İslandiyanın paytaxtı Reykyavikdə baş tutacaq. Bu barədə Sport-az.com məlumat yayıb.
Oyun saat neçədə başlayacaq?
I turda D qrupunun açılış qarşılaşması Reykyavikdəki Laugardalsvöllur stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandamız üçün bu, mundiala aparan yolda vacib sınaqlardan biri olacaq.
Növbəti rəqib – Ukrayna
Azərbaycan millisi sentyabrın 9-da növbəti oyununu Bakıda keçirəcək. Rəqib isə Ukrayna yığması olacaq. Bu qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu oyunlar Azərbaycan yığmasının qrupdakı mövqeyinə ciddi təsir göstərə bilər.



