More

    17 yaşlı Yamal İspaniya çempionluqları sayında Ronalduya çatdı

    “Barselona”nın gənc ulduzu Lamin Yamal, cəmi 17 yaşında İspaniya çempionluqları sayında dünya futbolunun əfsanələrindən biri olan Kriştianu Ronaldu ilə eyni səviyyəyə çatıb. Hər iki futbolçu La Liqada iki dəfə çempion olub.

    Sport-Az-ın məlumatına görə, Ronaldu 2011/2012 və 2016/2017 mövsümlərində Real Madrid ilə İspaniya çempionu olub. Yamal isə Barselona ilə 2022/2023 və 2024/2025 mövsümlərində eyni uğura imza atıb.

    Statistik göstəricilərdə böyük fərq

    Buna baxmayaraq, iki futbolçunun statistik göstəriciləri arasında fərq açıq şəkildə görünür. Ronaldu La Liqada 292 oyun keçirib və bu matçlarda 311 qol, 95 assist ilə yadda qalıb. Yamal isə indiyə qədər 70 oyuna çıxaraq, 13 qol və 22 məhsuldar ötürmə ilə kifayətlənib.

    Ronaldu “Real”ı 2018-ci ildə tərk etmişdi

    Xatırladaq ki, Kriştianu Ronaldu 2018-ci ildə “Real Madrid”dən ayrılaraq “Yuventus”a transfer olunub, daha sonra isə karyerasını müxtəlif klublarda davam etdirib

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni