“Barselona”nın braziliyalı ulduzu Rafinya, klub daxilində gərginliyin əsas fiqurlarından birinə çevrilib. El Nacional-ın məlumatına görə, rəhbərlik “Atletik”dən Nico Uilyamsın transferindən imtina etməyə məcbur olub və bu qərarda Rafinyanın ultimatumunun həlledici rolu olub.
Rafinyanın sərt mesajı: “Əgər o gəlirsə, mən gedirəm”
Xəbərə görə, Xabi Alonsonun rəhbərliyi altında əsas heyətin əvəzolunmaz oyunçusuna çevrilən Rafinya klub rəhbərliyinə açıq şəkildə bildirib ki, əgər Nico Uilyams transfer edilərsə, o, “Barselona”dan ayrılmağı ciddi şəkildə nəzərdən keçirəcək. Bu bəyanat qarşısında “Barselona”nın idman direktoru Deco, Uilyamsın ətrafı ilə aparılan danışıqları dərhal dayandırıb.
Rafinyanın güclü mövqeyi: mövsümün liderlərindən biri
Rafinyanın bu cür sərt mövqe tutmasının səbəbi isə ötən mövsümdə göstərdiyi möhtəşəm çıxışla əlaqədardır. O, 50 oyunda 30 qol və 23 məhsuldar ötürmə ilə Avropanın ən məhsuldar hücumçularından birinə çevrilib və sağ cinahda lider rolunu itirmək istəmir.
Uilyamsın “Barselona”ya yolu bağlanır?
Beləliklə, Nico Uilyams, hansı ki, “Arsenal” və “Çelsi” də onu transfer etmək istəyir, “Kamp Nou”da oynamaq şansını itirə bilər. Klubu isə indi Rafinyanın mövqeyini qoruyaraq, daxildə yaranan gərginliyi idarə etmək və balansı saxlamaq kimi çətin vəzifələr gözləyir.



