Bu gün Bakıda mini-futbol üzrə dünya çempionatı başlayır. Yarışın ilk günündə azarkeşləri 8 qarşılaşma gözləyir. A qrupunda mübarizə aparan Azərbaycan milli komandası ilk turda Bəhreynlə qarşılaşacaq. Oyun saat 20:30-da başlayacaq və komandamız üçün turnirin vacib startı olacaq.
Açılış mərasimi ulduzlarla
Turnirin rəsmi açılış mərasimi oyun öncəsi keçiriləcək. Tədbirdə Türkiyənin məşhur müğənnisi Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova səhnə alacaq.
Digər oyunlar və qruplar
A qrupunun digər matçında isə Mavritaniya və Sloveniya yığmaları üz-üzə gələcək. Gün ərzində digər qruplarda da maraqlı oyunlar olacaq:
21 may – Qrup mərhələsi, I tur
A qrupu
20:30 – Azərbaycan – Bəhreyn
23:00 – Mavritaniya – Sloveniya
B qrupu
09:15 – Fransa – Çad
21:45 – Rumıniya – Özbəkistan
C qrupu
10:30 – Macarıstan – Türkiyə
13:00 – Ukrayna – İngiltərə
D qrupu
11:45 – Bolqarıstan – Portuqaliya
14:15 – Slovakiya – Hindistan
Çempionat haqqında
Mini-futbol üzrə dünya çempionatı 21 may – 1 iyun tarixlərində keçiriləcək. Bakı bu mötəbər turnirə ev sahibliyi etməklə, beynəlxalq idman gündəmində yenidən önə çıxır.