UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanan klublar bəlli oldu

2025/26 mövsümündə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək komandaların siyahısı müəyyənləşib.

Avropa Liqasının finalında “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edən Londonun “Tottenhem” klubu yalnız kubokla kifayətlənməyib, eyni zamanda Çempionlar Liqasına da vəsiqə qazanıb.

Əsas mərhələyə birbaşa vəsiqə qazanan klublar:

İngiltərə:

  • “Tottenhem”
  • “Liverpul”
  • “Arsenal”

İtaliya:

  • “Napoli”
  • “İnter”
  • “Atalanta”

İspaniya:

  • “Barselona”
  • “Real Madrid”
  • “Atletiko Madrid”
  • “Atletik Bilbao”
  • “Vilyarreal”

Almaniya:

  • “Bavariya Münhen”
  • “Bayer Leverkuzen”
  • “Ayntraxt Frankfurt”
  • “Borussiya Dortmund”

Fransa:

  • PSJ
  • “Marsel”
  • “Monako”

Niderland:

  • PSV
  • “Ayaks”

Portuqaliya:

  • “Sportinq”

Türkiyə:

  • “Qalatasaray”

Çexiya:

  • “Slaviya”

Qeyd edək ki, 2025/26 mövsümündə Çempionlar Liqası yeni formatda keçiriləcək. Əsas mərhələdə 36 komanda iştirak edəcək və turnirin formatına görə hər klub səkkiz fərqli rəqibə qarşı oyun keçirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni