More

    Mini-futbol üzrə dünya çempionatı: Azərbaycan bu gün Sloveniya ilə qarşılaşacaq

    Bakıda davam edən mini-futbol üzrə dünya çempionatında bu gün – 23 may tarixində II turun oyunları keçiriləcək. Gün ərzində ümumilikdə 8 qarşılaşma baş tutacaq.

    Bütün oyunlar Milli Gimnastika Arenasında təşkil olunacaq. Günün ilk oyunu Mavritaniya və Bəhreyn komandaları arasında olacaq. Azarkeşlərin əsas diqqəti isə axşam saatlarında baş tutacaq Azərbaycan – Sloveniya matçına yönələcək.

    Bu günün oyun cədvəli:

    • 12:45 – Mavritaniya – Bəhreyn
    • 14:00 – Fransa – Özbəkistan
    • 15:15 – İngiltərə – Macarıstan
    • 16:30 – Çad – Rumıniya
    • 18:15 – Bolqarıstan – Hindistan
    • 19:30 – Ukrayna – Türkiyə
    • 20:45 – Sloveniya – Azərbaycan
    • 22:00 – Portuqaliya – Slovakiya

    Qeyd edək ki, Azərbaycan millisi ilk turda Bəhreynlə heç-heçə etmişdi – 1:1. Bu qarşılaşmada yığmamızın yeganə qoluna Mirməhdixan Rzayev imza atmışdı.

    Komandamız bu dəfə qələbə qazanaraq qrup mərhələsində irəliləmək şansını artırmaq niyyətindədir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni