Əfsanəvi argentinalı futbolçu Lionel Messi karyerası ərzində vurduğu ən sevimli qolunu açıqlayıb. O, 2008/2009 mövsümündə “Çempionlar Liqası”nın finalında “Mançester Yunayted”ə vurduğu baş zərbəsi ilə qolu öz karyerasındakı ən dəyərli və yadda qalan qol adlandırıb.
Messi bu barədə belə deyib: “Çox sayda daha gözəl və əhəmiyyətli qollarım olub, amma ‘Mançester Yunayted’ə qarşı Çempionlar Liqasının finalında başla vurduğum qol hər zaman sevimlim olub.”
Uğurlu final və Messinin rolu
2009-cu ilin finalı “Barselona” üçün tarixi uğurlardan biri idi. Matçın 10-cu dəqiqəsində Samyuel Eto’o hesabı açdı, 70-ci dəqiqədə isə Messi Edvin van der Sarın qoruduğu qapıya başla qol vuraraq hesabı 2:0 etdi və komandasının çempionluğunu rəsmiləşdirdi.
2008/2009 mövsümündə Lionel Messi “Çempionlar Liqası”nda 12 oyuna çıxıb. Bu oyunlarda o: 9 qol, 5 assist. ilə mövsümün ən parlaq ulduzlarından biri olmuşdu və turnirin bombardiri olmuşdu.