Messi cərimə zərbələrindən vurulan qollarla Ronaldinyonu geridə qoydu

“İnter Mayami” klubunun hücumçusu Lionel Messi cərimə zərbəsindən vurduğu növbəti qol ilə braziliyalı əfsanə Ronaldinyonu geridə qoyub. Sport-az.com xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

MLS-də keçirilən və 3:3 hesabı ilə başa çatan “Filadelfiya Yunion”la oyunda Messi birbaşa cərimə zərbəsindən fərqlənərək bu üslubda 67-ci qolunu vurub.

Bu nəticə ilə argentinalı futbolçu futbol tarixində cərimə zərbəsindən ən çox qol vuran 3-cü oyunçu oldu. Ondan irəlidə yalnız iki futbolçu var:

  • Juninyo Pernambukano – 77 qol
  • Pele – 70 qol

Qeyd edək ki, “Əl-Nəsr”in hücumçusu və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo isə cərimə zərbəsindən 64 dəfə fərqlənib və hazırda bu göstəricidə Messidən geri qalır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni