“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında (İPL) bir mövsümdəki ən çox məhsuldar hərəkət (qol + assist) üzrə rekordu təkrarlayıb. Bu barədə Sport-az.com məlumat yayıb.
Salah çempionatın 38-ci – son turunda “Kristal Pelas”la keçirilən ev oyununda (1:1) komandasının yeganə qolunun müəllifi olub. Bu qolla onun mövsüm ərzindəki ümumi məhsuldar göstəricisi 47-yə çatıb: 29 qol və 18 məhsuldar ötürmə.
Bu nəticə ilə Salah Əndi Koul (34 qol + 13 assist) və Alan Şirerin (34 + 13) 1993/94 və 1994/95 mövsümlərində göstərdikləri nəticəyə bərabərləşib. Həmin illərdə Premyer Liqa 42 turdan ibarət idi.
38 tur üçün tarixi göstərici
Salah bu göstəriciyə 38 turluq sistemdə nail olub. Bu baxımdan o, bu sistem çərçivəsində ən yaxşı nəticəni təkrarlayıb. Daha əvvəl bu rekordu iki oyunçu bölüşürdü:
- Tyeri Anri (2002/03) – 24 qol + 20 assist
- Erling Holand (2022/23) – 36 qol + 8 assist
Beləliklə, Salah bu mövsüm Tyeri Anri və Holand ilə bərabər 38 turda 47 məhsuldar hərəkətlə ən yüksək göstəriciyə malik futbolçudur. Qeyd edək ki, “Liverpul” 2024/25 mövsümündə İngiltərə çempionu olub.



