Azərbaycanın tanınmış qrossmeysteri Teymur Rəcəbov karyerasında yeni mərhələyə qədəm qoyub. O, məşqçilik fəaliyyətinə başlamağa qərar verdiyini və artıq bu sahəyə daha çox maraq göstərdiyini bildirib.
Sport-az.com xəbər verir ki, bu barədə məlumatı sport-express.ru yayıb.
“Bəli, mən artıq Azərbaycan millisindən olan gənc istedadlarla işləyirəm. Daha əvvəl də qeyd etdiyim kimi, Ley Tinçzeyə də kömək edirəm. Yəni, şagirdlərim mənim vaxtımın böyük hissəsini alır”, – deyə Teymur Rəcəbov açıqlamasında bildirib.
Qeyd edək ki, Rəcəbov uzun illərdir dünya şahmat elitasının üzvü olmaqla yanaşı, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. İndi isə o, öz təcrübəsini yeni nəsil şahmatçılarla bölüşmək niyyətindədir.



