Mini-futbol üzrə dünya çempionatı: Bu gün son 1/4 finalçılar müəyyənləşəcək

Bu gün Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin son oyunları baş tutacaq və turnirin qalan dörd 1/4 finalçısı müəyyənləşəcək.

Sport-az.com xəbər verir ki, mərhələnin ikinci oyun günündə dörd qarşılaşma keçiriləcək:

  • 17:30Monteneqro – Polşa
  • 19:00Bosniya və Herseqovina – Tailand
  • 20:30Çexiya – İsrail
  • 22:00Serbiya – Gürcüstan

Xatırladaq ki, 1/8 finalın ilk oyun günündə Azərbaycan, İngiltərə, Macarıstan və Mavritaniya yığmaları rəqiblərinə qalib gələrək adlarını 1/4 finala yazdırıblar. Turnirin 1/4 final mərhələsi sabah – 29 may tarixində keçiriləcək. Mini-futbol üzrə dünya çempionatı isə 1 iyunda başa çatacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni