Azərbaycanlı hakimlər yeni mövsümə Bakıda hazırlaşacaqlar

Azərbaycan futbol hakimləri 2025/2026-cı illər mövsümünə hazırlığı yay toplanışı ilə davam etdirəcəklər.

Sport-az.com Report-a istinadla xəbər verir ki, bu dəfə hazırlıq prosesi ölkə daxilində — Bakıda təşkil olunacaq. Yay toplanışının iyulun ikinci yarısında başlaması nəzərdə tutulur.

Toplanış çərçivəsində hakimlər bir neçə yoxlama oyununda da meydana çıxacaqlar. Bu qarşılaşmalar onların praktiki hazırlıq səviyyəsini artırmaq və fiziki-texniki göstəricilərini yoxlamaq baxımından əhəmiyyət daşıyacaq.

Qışda Antalyada çalışıblar

Qeyd edək ki, bu ilin əvvəlində azərbaycanlı referilər Antalyada təlim-məşq toplanışında iştirak etmişdilər. Orada keçirilən fiziki testlər və nəzəri dərslər hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etmişdi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni