Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatında Azərbaycan millisi tarix yazaraq çempionluğa sahib çıxıb.
Finalda inamlı qələbə
Elşad Quliyevin rəhbərlik etdiyi milli komanda həlledici görüşdə Macarıstan yığması ilə qarşılaşıb. Milli Gimnastika Arenasında baş tutan final 4:2 hesabı ilə Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb.
Qollarımızı aşağıdakı oyunçular vurub:
- Təmkin Xəlilzadə – 2-ci dəqiqə
- Mühəmməd Xəlilov – 8-ci dəqiqə
- Rəvan Kərimov – 10 və 29-cu dəqiqələr
Macar futbolçuların bütün səylərinə baxmayaraq, millimiz üstünlüyünü qoruyaraq dünya çempionluğunu bayram edib.
Üçüncü yer Serbiyaya qismət oldu
Çempionat çərçivəsində keçirilən üçüncü yer uğrunda qarşılaşmada isə Serbiya millisi Monteneqroya 3:0 hesabı ilə qalib gəlib və bürünc medallara yiyələnib.



