UEFA Çempionlar Liqasının 2024/25 mövsümünə yekun vurulub. Finalda PSJ “İnter”i 5:0 hesabı ilə darmadağın etdikdən sonra turnirin ən məhsuldar futbolçuları və assist ustaları da bəlli olub.
İki bombardir – eyni nəticə
Turnirin ən çox qol vuran futbolçuları “Barselona”nın cinah hücumçusu Rafinya və Dortmund “Borussiya”sının mərkəz hücumçusu Seru Girasşi olub. Hər iki oyunçu 13 qolla bombardirlər yarışını lider başa vurub.
Onları Robert Levandovski (“Barselona”) və Harri Keyn (“Bavariya”) 11 qolla, Lautaro Martines (“İnter”) isə 9 qolla izləyib.
Ən yaxşı assistent – Rafinya
Qol ötürmələri baxımından da Rafinya turnirin lideridir. Braziliyalı oyunçu 9 assistlə bu kateqoriyada birinci yeri tutub. PSJ-nin sürətli vingeri Usman Dembelenin isə aktivində 6 məhsuldar ötürmə var.
Bundan başqa, bir neçə oyunçu 5 assistlə üçüncü pilləni bölüşür:
- Cozua Kimmix (“Bavariya”)
- Davide Dzappakosta (“Atalanta”)
- Yulian Brandt (“Borussiya”)
- Jeremi Frimpong (“Bayer”)
- İqor Payşao (“Feyenoord”)
- Əşrəf Hakimi (PSJ)
- Seru Girasşi (“Borussiya”)
- Şarl De Ketelare (“Atalanta”)



