Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı çərçivəsində İlahə Qədirova yenidən federasiyanın baş katibi vəzifəsinə təsdiqlənib.
Sport-az.com xəbər verir ki, bu qərar konfransdan sonra keçirilən iclasda rəsmiləşdirilib. Qədirova 2021-ci ildən etibarən Azərbaycan Şahmat Federasiyasında baş katib vəzifəsini icra edir və bu müddət ərzində təşkilati fəaliyyətin inkişafında mühüm rol oynayıb.
Yeni dönəmdə onun rəhbərliyi altında federasiyanın strateji məqsədlərinin həyata keçirilməsi, gənc şahmatçıların dəstəklənməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyi gözlənilir.



