Evini qələbədən sonra qarət etdilər – PSJ ulduzu cinayətin qurbanı oldu

PSJ klubunun ispaniyalı yarımmüdafiəçisi Fabián Ruiz UEFA Çempionlar Liqasındakı tarixi qələbədən bir gün sonra soyğun hadisəsi ilə üzləşib. Sport-az.com “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, hadisə PSJ-nin “İnter” üzərində 5:0 hesablı qələbəsi ilə başa çatan final matçından bir gün sonra – bazar ertəsi günü baş verib.

Fransa mətbuatının məlumatına görə, Fabián Ruizin evi iki yeniyetmə tərəfindən qarət olunub. Onlar hadisə yerində saxlanılıb, oğurluq zamanı evə qanunsuz daxil olduqları təsdiqlənib.

Fabián Ruiz PSJ-də soyğuna məruz qalan ilk futbolçu deyil. Xatırladaq ki, 2023-cü ildə komandanın qapıçısı Canluici Donnarumma silahlı hücuma məruz qalmışdı və onun evindən təxminən 500 min avro dəyərində əşyalar oğurlanmışdı.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni